Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir matçın yeri müəyyənləşib.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, milli Slovakiya ilə səfər qarşılaşmasını sentyabrın 8-də Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında oynayacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl oktyabrın 14-də təşkil olunacaq IV turdakı Azərbaycan - Slovakiya oyununun Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcəyi açıqlanıb.