İlqar Qurbanov futbol üzrə Azərbaycanın əsas millisinin direktoru təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
O, buna qədər milli komandaların skautu vəzifəsində çalışıb.
Qeyd edək ki, İlqar Qurbanov futbolçu karyerası ərzində Azərbaycan seçmə komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.