20:51 09.06.2018 4323

Latviya sindromu qırıldı: 3 heç-heçədən sonra ilk qələbə

Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, rəqib Latviya yığması olub. Yığmamız səfər oyununda qələbə qazanıb - 3:1. Hesabı 20-ci dəqiqədə Maksim Medvedev açıb. 57-ci dəqiqədə Cavid İmamverdiyev, 5 dəqiqə sonra Emin Mahmudov fərqlənib. Oyunun son saniyələrində isə Robert Uldriki Latviyanın təsəlli qolunu vurub.

Yığma Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyununa çıxıb. Əvvəlki 5 görüşdən 2-si - Belarus (0:1) və Qırğızıstanla (3:0) oyunlar Bakı Olimpiya Stadionunda, Moldova (0:0) və Makedoniya (1:1) ilə oyunlar Türkiyənin Antalya bölgəsindəki "Mardan" stadionunda, Qazaxıstanla (0:3) matç isə "Astana Arena"da baş tutmuşdu.

Qeyd edək ki, Azərbaycan millisi bu rəqiblə 4-cü dəfə qarşılaşıb. Maraqlıdı ki, bu dəfə də oyun qeyri-rəsmi xarakter daşıyıb və yenə Latviyada baş tutub. Əvvəlki 3 matç Riqada keçirilib və bütün oyunlar heç-heçə nəticələnib. 1997-ci ilin avqustun 19-da və 2002-ci ilin iyulun 6-da keçirilən matçlar qolsuz bərabərliklə başa çatıb. 2004-cü ilin iyunun 6-da keçirilən qarşılaşmada 2:2 hesabı ilə yekunlaşıb. Ən maraqlı məqam odu ki, millimizin yeni baş məşqçisi Qurban Qurbanov həmin oyunda fərqlənib və bu, onun yığmada son qolu olub. Belə ki, keçmiş hücumçu 75-ci dəqiqədə penaltidən vurduğu qolla yığmamızı hesabda irəli çıxarıb. Qurban Qurbanov 68 oyunda vurduğu 14 qolla millimizin 26 illik tarixinin bombardiridi. 

Onu da qeyd edək ki, bu, UEFA Millətlər Liqasından əvvəl Azərbaycan millisinin son yoldaşlıq görüşü idi.
 
Yoldaşlıq görüşü
5 iyun

Latviya - Azərbaycan 1:3
Qollar: Robert Uldriki, 90+3 - Maksim Medvedev, 20. Cavid İmamverdiyev, 57. Emin Mahmudov, 62.
Latviya: 23. Yevgeni Neruqal, 20. Kaspar Dubra, 18. İqor Tarasov, 6. Vladislav Qabov, 2. Vitali Maksimenko, 16. Aleksanr Fertov (15. Dmitri Hmiz, 75), 8. Kristian Torres (13. Vladimir Kames, 46), 14. Yanis İkaunieks, 7. Ritvars Ruqin (21. Qleb Klyuşkin, 46// 17. Roberts Savalnikes, 89), 11. Artur Karaşauskas (9. Aleksey Vaşnakov, 69), 10. Valeri Şabala (3. Robert Uldriki, 69).
Ehtiyat oyunçular: 12. Kasper İksten, 4. Qrints Freymanis, 5. Rayvis Andris Yurkovski, 19. Vitali Yaqodinski, 22. Vitali Reçicki.
Baş məşqçi: Miksu Patelay.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev (30. Rahil Məmmədov, 46), 7. Araz Abdullayev (22. Mahir Mədətov, 72), 8. Emin Mahmudov, 9. Namik Ələskərov (17. Rəhman Hacıyev, 75), 11. Ramil Şeydayev, 15. Ruslan Abışov (6. Bədavi Hüseynov, 81), 25. Cavid İmamverdiyev (18. Coşqun Diniyev, 81), 26. Ürfan Abbasov (21. Təmkin Xəlilzadə, 66).
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 16. Cavid Hüseynov, 28. Ufuk Budak.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Ritvars Ruqin, 30. Vladimir Kames, 65 - Cavid İmamverdiyev, 72.
Hakimlər: Denis Şerbakova, Yuri Kromçanka, Andrey Xetsikov (Belarus), Aleksandr Anufriyev (Latviya).
Riqa. "Dauqava" stadionu.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
18:07

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTOLAR

17:44

Holand Donnarummanın toyunda qonaqları belə əyləndirdi - VİDEO

17:07

Azərbaycan milliləri Minsk turnirində iştirak edəcək

16:53

Özbək futbolçu daha 5 il "Mançester Siti"də oynayacaq

16:05

David Nunyes Türkiyə yolunda - Razılığa gəlindi

15:40

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:01

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion bilindi - PFL rəsmisi açıqladı

14:31

"Kəpəz" "Araz-Naxçıvan"ın kapitanı ilə anlaşdı - VİDEO

14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

Facebookdan bizi izləməyi unutmayın.
X