Rusiyada keçirilən dünya çempionatında penaltilərin çoxluğu diqqəti çəkir.
Fanat.Az xəbər verir ki, indiyədək baş tutan 29 qarşılaşmada hakimlər qapılara 14 penalti təyin edib. Futbolçular 11 metrlik cərimə zərbələrindən 11-ini qola çevirib.
Qeyd edək ki, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının 68 matçında cəmi 13 penalti təyin edilmişdi. Say artımında VAR sisteminin də böyük rolu olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol