Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku İsveçlə UEFA Millətlər Liqasının oyunundan əvvəl müzakirələrə səbəb olan açıqlama vermişdi.
Fanat.Az xəbər verir ki, rumın mütəxəssis may ayında milliyə çağırdığı 8 futbolçunun müxtəlif səbəblər göstərərək düşərgəyə gəlməkdən imtina etdiyini bildirmişdi: "Mən özümü əlimdə olan oyunçuların səviyyəsinə uyğunlaşdırmağa çalışıram. Oyunçularımızın ürəklə milliyə gəlməsini istəyirəm. May ayında 8 futbolçu çağırdım, gəlmədilər. Bəzi problemlər və həqiqətlər səbəbindən. Mən indi yeni bir komanda qurmaq istəyirəm".
Artıq millidən imtina edən 8 futbolçudan 7-sinin kimliyi açıqlanıb. Bu barədə futbol şərhçisi Turqay Dəmir sosial mediada yazıb. 7 futbolçunun adını yazan şərhçi "8-i siz tamamlayın" deyib.
Turqay Dəmirin iddiasına görə, millidən imtina edən 7 futbolçu bunlardı: Arda Turan, Burak Yılmaz, Əmrə Belözoğlu Səlcuk İnan, Caner Erkin, Gökhan Gönül, Volkan Dəmirəl.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol