20:59 25.03.2019 1860

Nikola Yurçeviç: "Bir qol olmadı ki, ardı gəlsin"

"Maraqlı və gözəl oyun oldu. Hərçənd oyunun gedişi asan deyildi". Bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

AVRO-2020-nin seçmə mərhələsinə məğlubiyyətlə başlayan komandamız bu gün "Bakcell Arena"da Litva ilə yoxlama görüşündə üz-üzə gəlib. Yeni baş məşqçi Yurçeviçin millimizin "sükanı arxası"ndakı ilk ev oyunu qolsuz heç-heçə ilə nəticələnib.

Xorvatiyalı mütəxəssisin mətbuat konfransında bərabərlik şərhi belə olub: "Qələbə qazanmaq üçün hər şeyi etdik. Qalib gəlmək istəyirdik. İlk hissədə daha çox qol imkanlarımız var idi. Xorvatiya ilə çətin matçdan sonra mümkün olan hər şeyi etdik. İkinci hissədə bir çox dəyişikliklər oldu. Bunun fonunda oyunun ritmi itdi. Ümumi götürdükdə rəqibdən güclü idik. Sadəcə, bir qol olmadı ki, ardı gəlsin. Ümumilikdə komandadan razı qaldım".

- Bu gün sizin üçün nəticə, yoxsa sərgilənən oyun önəmli idi?
- Əvvəlcədən hədəfimiz qələbə idi. Bunun komandanın oyununa inam gətirəcəyini bilirdik. Ancaq bizim üçün təkcə hesab yox, oyunçuları görmək də vacib idi. Bu üzdən də matça 4 fərqli oyunçu ilə başladıq. İkinci hissədə də mümkün qədər çox futbolçunu iş başında görmək istədik. Nəticədən narazı deyiləm. Oyunçuları müxtəlif situasiyalarda görmək istəyirdim. Həm mövqe, həm də düzülüş etibarı ilə asan deyildi. Bir çox şeyi qaçırmamağa çalışdıq. Yekunda alındıra bildiyimiz budu. Buna əlavə misal gətirmək istəyirəm. Rüfət Dadaşovu mərkəzdə oynatmaq istədim. Belədə Ramil Şeydayevin cinahdakı bacarığını görmək, Araz Abdullayevə şans vermək istədim. Ömər Buludova da şans vermək istəyirdim. Təkcə bir şeyə yox, çox nüansa fikir verməli olduq. Bu üzdən məmnun qaldım.

- Vitse-çempiona qol vuran komanda bu gün rəqib qapısına yol tapa bilmədi. Rəqibin baş məşqçisi də sizin kimi deyir ki, birinci hissəni yaxşı keçirdik...
- Bir daha təkrar edirəm ki, ilk hissəni daha yaxşı keçirdiyimizi düşünürəm. Qol imkanlarımız da daha real idi. 100 faizlik şanslarımız oldu. İkinci hissədə oyunçularda yorğunluq başladı, üstəlik, dəyişikliklər oldu. Ümumi gəldiyim qənaət o oldu ki, oyun planında  biz daha güclü idik.

- Pavel Paşayevin çağırılmaması zədəli olması ilə bağlı idi?
- Paşayev zədəlidi. Əslində o, heyətdə yer almalı oyunçudu. Sadəcə, zədəli olduğu üçün çağırılmadı.

- Yoldaşlıq görüşünü nəzərə alsaq, fərqli "11-lik"lə başlaya bilməzdinizmi? Məsələn, Emil Balayev, Ömət Buludov kimi oyunçuları ilk dəqiqələrdən meydana buraxmaq olmazdımı?
- Bir çox şeyi etmək olardı. Sadəcə, Buludova da şans vermək yaxşı olardı. Həmçinin ikinci qapıçıya da. Buna görə təəssüf edirəm. Hamını razı salmaq asan deyil. Həm udmaq, digər tərəfdən hamıya şans vermək istəyirik. Bütün bunları eyni anda etmək asan deyil. 10 gün mənim üçün faydalı oldu. Yeni oyunçular gördük, komanda daxilində yaxşı atmosfer oldu. Bu, mənim üçün çox vacibdi. Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdi.

- Millətlər Liqası səviyyəsində olan bir komanda ilə öz meydanımızda heç-heçə etdik. Rəqiblərin səviyyəsi, hətta baş məşqçinin milliyyəti də dəyişməyib. Qələbə üçün başqa nə etmək lazım idi?
- Çox çətin sualdı. Əgər şanslardan istifadə edə bilirsənsə, qələbə şansın daha çox olur. Biz də bunlardan yararlanmağa çalışacağıq. Oyuna da hücumameyilli başlamışdıq, sonradan da ön xətt oyunçuları meydana buraxdıq. Heyf ki, qol vura bilmədik.

- Bu gün qeyri-iş günü olsa da, azarkeş sayı yenə çox az idi. Azarkeşləri stadiona cəlb etmək üçün nə etməyi düşünürsünüz?
- Nə deyə bilərəm. Mən də istərdim ki, çox azarkeş olsun. Tribunaların heç olmasa yarısı dolsa, atmosferlə daha yaxşı adrenalin yaranar və bəlkə də, bir və ya bir neçə qol vura bilərdik. Ola bilsin ki, havanın soyuq olmasından qaynaqlanır. Və ya azarkeş cəlb etmək üçün yaxşı nəticələr göstərməliyik.

- Assosiasiya sizi AVRO-2020-yə vəsiqə üçün gətirdiyiniz açıqlamışdı. Sonradan siz belə tələbin olmadığını dediniz. Bu məsələ dəqiqləşibmi?
- Məqsəd odu ki, daha yaxşı oynamalıyıq. Durumumuzu siz də bilirsiniz. Amma bunlara söykənmək istəmirik. Macarıstan və Slovakiya ilə qarşıdakı oyunlarda qələbə istəyirik. Amma bu, bizim istəyimizdi. Reallıq fərqli ola bilər. Hər halda bizim arzumuz budu.

- "Zirə"nin baş məşqçisi Samir Abasov ötən gün jurnalistlərə açıqlamasında İsmail Fofananı təklif etmişdi. və demişdi ki, İsmail azərbaycanlı adıdı. Sizcə, o, bununla nə demək istəyir?
- Elə bildim ki, ciddi sualdı. Fofananı necə yığmaya çağıra bilərəm? Bəlkə məşqçinin niyyəti ölkədə daha çox xarici oyunçular çıxış etsin, bunu bilmirəm. Demişdim ki, klubları ziyarət edib, məşqçilərlə görüşəcəm. "Qarabağ" və "Neftçi" ilə görüşmüşəm, orda görülən peşəkar işdən çox razı qaldım. Milli komandaya ən çox oyunçu onlardan gəlir. Bundan sonrakı günlər, həftələr ərzində digər klublarla da görüşəcəm. (Matc.az)

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X