18:43 10.06.2019 2120

Yurçeviç Rövnəq Abdullayevlə görüşməyib: "Bəlkə, bu matçdan sonra..."

"Rəqib çox yaxşı və maraqlı komandadır. İki oyun arasında çox az vaxt oldu. Birinci matçda Macarıstana uduzduq və məyus olduq. Yaxşı hazırlaşmışıq. Komanda ilə söhbətimiz də olub. Çətin oyun olacaq. Aparıcı klublarda çıxış edən futbolçuları var. Buna baxmayaraq, qarşılaşma bizim üçün çox önəmlidir. Hər kəs sabahkı matçı gözləyir."

Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis azarkeşlərin sosial şəbəkələrdə komandanın nəticələrinə etiraz etməsinə münasibət bildirib: "Bu barədə məlumatım yoxdur. Komanda çalışacaq ki, əlindən gələni etsin. Yaxşı nəticə üçün mübarizə aparacağıq".

Xorvat məşqçi Macarıstana 1:3 hesabı ilə uduzdaqları görüşdən sonra AFFA prezidenti Rövnəq Abdullayevlə görüşmədiyini deyib: "Bəlkə, bu matçdan sonra görüşəcəyik. Son iki oyunu təhlil edəcəyik".

Yurçeviç sabahkı matçda müsbət nəticəyə ümid etdiyini vurğulayıb: "Biz əvvəlki matçda pis oynamadıq. İstənilən kollektivə qarşı oynamaq olar. Hər oyunda xal və xallar qazanmağa cəhd göstərəcəyik. Oyunçular hər zaman tam şəkildə əllərindən gələni edir. Onları tənqid edə bilmərəm. Hər komandanı fərqli təhlil edirik. Çox optimistəm. Komanda olaraq əlimizdən gələni edəcəyik".

Xorvat mütəxəssis Macarıstana qarşı məğlubiyyəti təhlil etdiyini söyləyib: "Bəzi razı qaldığım məqamlar var idi. Son 30 metrdə isə təhlükəli deyildik. Standart vəziyyətlərə də hazırlaşmışdıq, belə epizodda qapımızda qol gördük. Biz üç gündən sonra növbəti matçı keçirəcəyik. Azərbaycan komandası buna öyrəşməyib. Zədəli futbolçular yoxdur. Oyunçuların fiziki durumunu izləyəcəyəm. Qət edilən məsafəyə görə Macarıstandan geri qalmadıq. Sadəcə, nəticə qazana bilmədik. Mən 40 ildir ki, futbolun içindəyəm. Hər kəs mübarizə aparan komandanı sevir. Meydanda rəqibi də nəzərə almaq lazımdır. Onların güclü oyunu işi daha da çətinə salır".

Baş məşqçi son görüşdə qapıya kifayət qədər zərbə vura bilmədiklərini deyib: "Oyunçular məşqdə qapıya zərbə vursalar da, oyunda bunu edə bilmirlər".

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı iyunun 11-i saat 20:00-da "Bakcell Arena"da başlayacaq. ("Report")

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyun 2026
15:52

"Real Madrid" futbolçusunu İtaliya nəhənginə təklif etdi

15:36

İlham Yadullayev Bakı klubundan ayrılır? - Açıqlama

15:17

Azərbaycan millisi FİFA reytinqində gerilədi - Lider dəyişdi

14:59

"Şəfa"nı çempionluğa daşıyan Elgiz Kərəmli bu komandaya baş məşqçi təyin olunmağa yaxındır

14:38

Vadim Abdullayevin yeni iş yeri müəyyənləşmək üzrədir - SON DURUM

14:20

Xavi "Barsa Əfsanələri"ndən uzaqlaşdırıldı - Bu addımına görə Laporta ondan qisas alır

13:54

Tevesi Argentina millisinin sabiq baş məşqçisi əvəzlədi

13:33

Portuqaliyadan minimal hesablı qələbə, İngiltərə və Əlcəzairdən darmadağın - VİDEO

13:15

"Qarabağ" Bikalyo ilə uzunmüddətli yeni müqavilə imzaladı - RƏSMİ

12:57

Ançelotti Mərakeş millisi ilə oyun ərəfəsində belə danışdı

12:36

"Biz hökumətləri və polisi idarə edə bilən krallar deyilik" - İnfantino aciz durumda

12:18

Samir Ələkbərov Bakı klubuna baş məşqçi təyin olundu - Rəsmi

12:01

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:45

"Araz-Naxçıvan"ın yerlilərinin taleyinə aydınlıq gəldi - İkisi qalır, biri...

11:27

Mbappe DÇ-2026-da 4 rekord müəllifi ola bilər

11:06

"Zirə" 5 futbolçu ilə anlaşdı - RƏSMİ

10:30

"Qarabağ" "Levski" ilə qarşılaşacaq

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

16 yaşlı ukraynalı "Barselona" ilə peşəkar müqavilə imzaladı

09:25

"Bayer Leverkuzen" alman futbolunun yenu ulduzunu heyətinə cəlb etdi

09:00

DÇ-2026: Dünyanın ən nəhəng futbol bayramı başlayır

08:30

Kosovo klubunu Bakı təmsilçisinə dəyişən Elmirin taleyinə aydınlıq gəldi

02:33

"Fənərbağça" onun üçün 100 milyondan keçməyə hazırdır

01:48

Premyer Liqa klubunun "Neftçi"nin yetirməsi ilə bağlı mövqeyi bəlli oldu

01:24

106 milyon yetmədi, görün indi nə qədər istəyirlər

00:36

"Turan Tovuz"dan ayrılan Ozobiç yeni mövsümə harada başlayacaq?

10 İyun 2026
23:08

Tarixi rekordun sonu çatır: Messi, yoxsa Mbappe?

22:43

"Barselona"nın transfer siyahısı bəlli oldu

22:13

Lənkəranda güləş festivalı keçirildi

21:44

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşdı

21:21

Raul Ximenes "Vulverhempton"a geri döndü

20:51

Aykut Kocaman yenidən "Fənərbağça"da?

20:12

"Mançester Yunayted" İtaliya millisinin gənc ulduzunu hədəfə alıb

19:51

Xabi Alonso "Çelsi"də toxunulmaz futbolçuların siyahısını müəyyənləşdirib

19:25

Xorxe Mendes üç müştərisini "Real Madrid"ə təklif etdi

18:41

Tələbə Basketbol Liqasının mükafatçıları bəlli oldu

18:12

"Fiziki gücü artıq 20 il əvvəlki qədər deyil, lakin..."

17:44

"Şəfa" daha üç futbolçu ilə yollarını ayırdığını açıqlayıb

17:32

Azərbaycanın şito-ryu karate yığması AÇ-də 8 medal qazandı

17:11

"Belçikadan gözləntilər böyükdür, amma..." - Eden Hazar

Facebookdan bizi izləməyi unutmayın.
X