Azərbaycan futbol hakimləri növbəti beynəlxalq təyinat alıblar.
Fanat.Az xəbər verir ki, ədalət təmsilçiləri 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarını idarə edəcəklər.
Bunlar FIFA referisi Rəhim Həsənov və FIFA referi köməkçisi Cəmil Quliyevdi. Onlar sentyabrın 27-dən oktyabrın 3-dək İsveçdə keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. Bu qrupda İsveç, Danimarka, Litva və Farer adaları yığmaları mübarizə aparacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol