"AVRO-2020"nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Xorvatiya matçının hakim təyinatında dəyişiklik edilib.
Fanat.az AFFA-nın saytına istinadən xəbər verir ki, Sladan Yosipoviçin səhhətində problem yarandığı üçün yan xətt hakimi funksiyasını Alain Heyniger yerinə yetirəcək.
Azərbaycan – Xorvatiya matçını İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sandro Şörer olacaq.
Sentybarın 9-da, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da start götürəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol