Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, Türkiyə millisi final oyununda son Avropa və dünya çempionu Serbiya ilə qarşılaşıb. Serblər 3:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə Avropa çempionu olublar.
Üçüncü yer uğrunda oyunda Polşa və Polşa qarşılaşıb. İtalyanlar 3:0 hesablı qələbə qazanaraq bürünc medallara sahib çıxıblar.
Qeyd edək ki, Arvopa çempionatında iştirak edən Azərbaycan millisi 1/8 finalda Bolqarıstana uduzaraq 10-cu olub.
Final
Serbiya - Türkiyə 3:2 (21:25, 25:21, 25:21, 22:25, 15:13)
Üçüncü yer uğrunda oyun
İtaliya - Polşa 3:0 (25:23, 25:20, 26:24)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol