21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – İsveçrə oyununun yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, oktyabrın 15-də baş tutacaq matç Sumqayıtda keçiriləcək.
Qarşılaşma "Kapital Bank Arena” stadionunda oynanılacaq.
Qeyd edək ki, ilk ev oyununu "Dalğa Arena”da keçirən milli bu gün ikinci matçına da eyni arenada çıxacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol