İspaniya La Liqası Azərbaycan millisinin baş məşqçisi təyin olunan Canni De Byazini təbrik edib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi "Facebook" səhifəsində paylaşım olunub.
AFFA-nı da unutmayan səhifə milli assosiasiyanı Azərbaycan dilində təbrik edib: "Keçmiş La Liqa baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin sükanı arxasına keçməsi münasibətilə təbrik edirik. Təbriklər, AFFA".
Qeyd edək ki, 64 yaşlı mütəxəssis İspaniyada "Levante" (2007/2008) və "Alaves" (2017/2018) klublarına başçılıq edib. İtaliyalı mütəxəssis dünən AFFA ilə 1,5 illik müqavilə imzalayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol