Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimovun cəzası bəlli olub.
Fanat.Az xəbər verir ki, FIFA Lüksemburqla Bakıdakı oyunda birbaşa qırmızı alan yarımmüdafiəçini ağır cəzalandırıb.
"Sumqayıt"ın üzvü 4 oyunluq diskvalifikasiya olunub.
2022-ci il dünya çempionatının seçmə mərhələsinin qrup oyununda qonaq komandanın oyunçusu Olivye Tillə qarşı kobudluğa görə görüşün 21-ci dəqiqəsində meydandan qovulan Tellur AFFA-nı da ziyana salıb. Belə ki, FIFA futbolçunu cəzalandırmaqla yanaşı, Azərbaycan millisini 5 min İsveçrə frankı məbləğində cərimələyib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.