Bu gün Türkiyənin I Liqasında 36-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" da növbəti matçına çıxıb.
"Timsahlar" artıq Super Liqaya vəsiqəni rəsmiləşdirən "Umraniyəspor"u qonaq edib. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ələskərov bu dəfə matça start "11-lik"də başlamayıb. O meydana 75-ci dəqiqədə, hesab 2:2 olarkən buraxılıb.
Qeyd edək ki, liqada qalmaq uğrunda mücadilə edən "Bursaspor" 34 oyuna 41 xal toplayıb və 16-cı yerdədir.
Nihat