"Ufa"nın Azərbaycan əsilli futbolçusu Ruslan Fişenkonun aqibətinin necə olacağı maraq doğurur.
2018-ci ildə U-19-un Bakı toplanışına qatılan və yoxlama oyunlarında meydana çıxan oyunçunun sonradan kölgəyə çəkilməsi faktdır. Ötən ilin yayından Premyer Liqa təmsilçisi "Ufa"da top qovan 21 yaşlı Ruslan Rusiya çempionatın perspektivli gənclərindən biri hesab edilir. Bugünlərdə mətbuata Azərbaycan millisində oynamaq təklifi aldığını və qərar verməyə tələsmədiyini bildirən Fişenko ilə bağlı son vəziyyətə aydınlıq gətirməyə çalışdıq.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın Fanat.Az-a açıqlaması belə oldu:
"Fişenko bildiyiniz kimi, 19 yaşadək futbolçulardan ibarət yığmamızda oynayıb. Onun əsas milliyə cəlb edilməsi isə gündəmdə deyil. AFFA tərəfindən ona hər hansı təklif göndərilməyib".
Nihat