19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstanla yoldaşlıq oyunları keçirəcək.
Fanat.Az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, görüşlər iyunun 7-də və 10-da baş tutacaq.
Rəqib komandanın baş məşqçisi Vahid Məsudov təlim-məşq toplanışı və qarşıdakı matçlar üçün 19 futbolçuya dəvət göndərib.
Miloş Velebit başçılıq etdiyi Azərbaycanın U-19 millisi Qazaxıstanla hər iki görüşü Qəbələdə keçiriləcək.