Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə “klassiklər” daha beş çəki dərəcəsində (60 kq, 67 kq, 77 kq, 87 kq, 130 kq) ən yaxşıları müəyyən edəcək.
Qeyd edək ki, ilk gündə Rahim Həsənli 55, Ziya Babaşov 63, Ülvi Qənizadə 72, Tuncay Vəzirzadə 82, Zamiq Maqomedov 97 kq-da baş mükafata sahib çıxıblar. Yarış dekabrın 23-dək davam edəcək.