14:38 03.02.2023 551

"Yeri gəlsə, mənim "Şamaxı" ilə prinsipim daha çoxdur..."

Futbol üzrə Azərbaycan çempionatında qış fasiləsi başa çatdıqdan sonra artıq iki tur keçirilib. "Turan Tovuz" XIX turda "Qarabağ"a (2:3) məğlub olduqdan sonra növbəti turda "Sumqayıt"ın da müqavimətini qıra bilmədi -  1:2.

Gələn tur isə "Turan Tovuz" turnir cədvəlində 1 xal fərqi ilə üstələdiyi "Şamaxı" ilə qarşılaşacaq. 

Əyalət klubunun tərcübəli futbolçusu Tərlan Quliyev Fanat.Az-a açıqlamasında həm uduzduqları görüş, həm də qarşıdan gələn matç haqda fikirlərini bölüşüb. 

- "Sumqayıt"la matç "Turan Tovuz" üçün prinsipial oyun idi. Evdəki oyunda da maraqlı hadisələr qeydə alınmışdı. Sizcə, belə bir matçda "Turan Tovuz" niyə məğlub oldu? Rəqib belə keçilməz idi?
- "Qarabağ"la oyuna necə hazırlaşmışdıqsa, "Sumqayıt"la matça da elə hazırlaşmışdıq. Qeyd etdiyiniz prinsip məsələsinə fikir verən adamlar deyilik. Bizdə komandanın uşaqları arasında əvvəllə "Sumqayıt"da oynamışlar var. Qarşıdan "Şamax" ilə oyun gəlir. Yeri gəlsə, mənim "Şamaxı" ilə prinsipim çoxlarından daha çoxdur. Mən də onlara qarşı aqressiya ilə oynayım? Yəni, elə bir şey yoxdur. "Qarabağ", "Neftçi", "Sabah" və.s qarşı necə hazırlaşırıqsa, digər komandalara qarşı da elə hazırlaşırıq. 

Oyuna gəldikdə isə, görüşün ağır keçəcəyini bilirdik. Bildiyiniz kimi, orta və aşağı pillələrdə olan komandalar arasında 4-5 xal fərq var. "Sumqayıt" da evdə oynadığına görə istəyirdi matçı 3 xalla bitirsin. Biz də onların meydana necə bunu bilirdik.

Düzdür, futbolda udmaq da olar, uduzmaq da, heç-heçə də... Amma bu matç məğlub olunası deyildi. Çünki momentlərə də baxanda bizim 2-3 qol epizodumuz, təkbətəklərimiz oldu. Sadəcə olaraq qapıçıları o topları dəf etdi. Buraxdığımız qollarda isə ya diqqətsizlik vardı, ya da xırda səhvlər oldu.

- Növbəti turda isə "Şamaxı" ilə qarşılaşacaqsınız. Tovuzdakı oyunda sizi məğlub etmişdilər. Maraqlı qarşılaşma idi. Revanş olacaqmı?
- Dediyim kimi, rəqiblər arasında fərq qoymamalısan. Şəxsi prinsipin olsa, hər bir oyuna hirslə, aqressiya ilə yanaşasan. Başa düşürəm, nəyi vurğulayırsınız, ancaq bizim komandada elə şey yoxdur. Bütün oyunlara yüksək motivasiya ilə çıxırıq. "Şamaxı" bizi burda 3:1 məğlub etdi, biz də getdik kubok oyununda onları məğlub etdik. Bir dəfə çempionat oyununda məğlub etmişdik. "Şamaxı" yerli gənc futbolçulardan ibarət komandadır deyə çıxışlarını izləmək xoş gəlir. Hamısı yerli məşqçilər, yerli futbolçular, gənclərdir. Özü də mübarizə aparan komandadır. Asanlıqla təslim olan komanda deyil. Çox gərgin oyun olacaq.

Qeyd edək ki, "Şamaxı" - "Turan Tovuz" matçı 6 fevralda saat 14:00-da keçiriləcək. 

Röya

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X