
"Neftçi" klubu xanım azarkeşlərinə jest edib.
Fanat.Az xəbər verir ki, qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Premyer Liqanın 25-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçında xanımların stadiona girişi pulsuz olacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matç martın 5-i saat 19:30-da “Bakcell Arena”da keçiriləcək.