20:55 12.03.2023 205

Federasiya Kubokunun birinci mərhələsi başa çatdı

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncədə keçirilən şose velosipedi üzrə Federasiya Kubokunun birinci mərhələsi başa çatıb.

Fanat.Az xəbər verir ki, martın 12-də idmançılar qrup ötüşməsində güclərini sınayıblar. 30 velosipedçinin qatıldığı mübarizəyə Heydər Əliyev Parkının önündən start verilib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar Gəncə şəhərində təyin olunmuş marşrut üzrə 5 dairəni tamamladıqdan sonra dağ yolları ilə ümumilikdə 72 km, yeniyetmə oğlanlar və qadınlar isə startdan sonra birbaşa dağ yolları ilə 42 km məsafə qət edərək Hacıkənd qəsəbəsində finiş xəttini keçiblər.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Mikayıl Səfərli (ROEQİUGVM, 02:00:15) bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Əli Qurbanov (Sakarya BB Pro Team, 02:00:44) ikinci, Nəcəf Bağırov (ROEQİUGVM, 02:01:01) isə üçüncü yerlə kifayətləniblər.

Yeniyetmə oğlanların mübarizəsində ən yaxşı nəticəyə Artyom Proskuryakov (Təhsil RİM, 01:23:56)  imza ataraq qızıl medal qazanıb.  Ravi Rzayev (ROEQİUGVM, 01:26:04) gümüş, Rəşad Əliyev (Təhsil RİM, 01:31:52) bürünc medala sahib olublar.

Qadınların yarışında Viktoriya Sidorenko (ROEQİUGVM, 01:38:32) birinci yerə layiq görülüb. Onun ən yaxın izləyicisi Ayan Məmmədzadə (Təhsil RİM, 01:39:17) ikinci, Məryəm Əfqanzadə (ROEQİUGVM, 01:39:45) isə üçüncü yerdə qərarlaşıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Xatırladaq ki, Federasiya Kubokunun birinci mərhələsinin ilk günündə velosipedçilər kriterium yarışında mübarizə aparıblar.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

09:00

MPL: "Səbail" autsayderə qarşı - YENİLƏNİR

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

13:59

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

13:23

Bakıda keçirilən turnirə yekun vurulur

12:52

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

12:00

"Öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

11:40

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

11:00

Günün oyunları bu kanallarda - AFİŞA 

10:38

“Bakı Marafonu 2024” marafonu start götürdü

10:00

Messi şou göstərdi - Argentinalı karyerasında ilk dəfə bunu reallaşdırdı

09:26

Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal

01:25

“Monako”dan darmadağın

04 May 2024
23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

Facebookdan bizi izləməyi unutmayın.
X