11:02 28.03.2023 763

Qursağımızda qalan həvəs və ya De Byazi kimi təhqir etdi?

Azərbaycan millisi AÇ-2024-ə iki böyük hesablı məğlubiyyətlə başladı. Başladı, nə başladı... Dörd gün ərzində əvvəlcə Avstriyaya 1:4, ardından İsveçə 0:5 hesabıyla uduzduq. Bununla da ötən Millətlər Liqasının ikinci yarısından etibarən (artıq qatar getmişdi) yoldaşlıq görüşləri ilə birgə 5 məğlubiyyətsiz seriya yaxalayan Canni de Byazinin komandasının "havası alındı". Məlum oldu ki, artıq qrup liderliyini təmin edən Qazaxıstanı, dünya futbolunda yeri olmayan Belarusu, o cümlədən yoldaşlıq görüşlərini udmaqla deyil. O 5 qələbədən doğan eyforiya bir 0:5-lə yerlə-yeksan oldu. 

İki darmadağını izləmək bizi necə yandırdısa, De Byazini əksinə, rahatlatdı. Təzyiqdən canı qurtardı. Elə AFFA-nın da bundan sonra "əli vuracaq, ayağı oynayacaq". Çünki bu il milli üçün sərfəli oyun təqvimi qurublar. 2023-cü ildə 7 görüş (yoldaşlıq görüşləri ilə birgə) baş tutacaq ki, onun 5-i Azərbaycanda olacaq. Estoniyanı Bakıda və səfərdə ud, İordaniyanı burdan əliboş yola sal, vəssalam. Növbəti müqavilə üçün "tutarlı səbəb" hazırdı...

Azərbaycana gələndən bu yana üzündə güllər açan italyan İsveçə darmadağından sonra mətbuat konfransında əla oynadıqlarını deyib. Yəni isveçlilərdən yedikləri "5"-ə layiq olduqlarını iddia edib. Canni bu sözləri ilə əslində söyüş söyüb. AFFA rəhbərliyini, İcraiyyə Komitəsinin üzvlərini, bir sözlə onu postunda saxlayan hər kəsi söyüb. 0:5-i, yəni o "5 qardaş"ı da "nallayıb" bizim üzümüzə.      

Əslində, millinin bu məğlubiyyətlərində nə De Byazi, nə də ondan əvvəlkilər günahkardı. Günahkarlar içimizdədi. Bu yaxınlarda 30 illik yubileyini təmtəraqlı qeyd edən AFFA futbolumuza kənardan yaxşı görünsün deyə, üstünə bər-bəzək vurmaqla məşğuldur. İçi isə... Sistemsizlik, uşaq futbolundakı qohumbazlıq, istedadların savadsız məşqçilərin maraqlarına qurban verilməsi və sair. O qədər böyük bataqlıqdı ki, AFFA hər il milyonlar xərcləyib kosmetik iş görməyi daha məqbul sayır. 

Canni De Byazinin söyüşünə tuş gələn əsas şəxs isə oturub Fransada. Əslində, millinin iki oyunda 9 qol buraxması ən çox elə Elxan Məmmədova sərf elədi. UEFA-dakı missiyası başa çatandan sonra bəh-bəhlə qaytaracaqlar geri. Ki: "Müsyö Elxan sənsiz olmur, yenə darmadağınlar sıralanır, gəl qurtar bizi bu bəladan"... Qurtarın bu komediyanı. Yazıqdı vallah, bu millət, bu futbol camiəsi yazıqdı. Hər seçmə mərhələyə ümidlə, həvəslə baxırıq. Ancaq hər dəfə də həvəsimiz qursağımızda qalır. Nə yaxşı "Qarabağ" var, son illər futbolumuzun səviyyəsini qaldırıb. Milli komanda isə özünün "tavan"ını qaldırmaq, xal və ya mövqe yüksəlişinə nail olmaq istəmir. AFFA bu millini bax beləcə urvatdan salıb. 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X