20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.
Fanat.Az xəbər verir ki, Səbuhi Əliyevin rəhbərlik etdiyi komanda səfərə 14 nəfərlik heyətlə yollanıb.
U-20-nin heyəti:
Oyunçular: Cəlilov Camal, Qəhrəmanlı Rəvan, Quliyev Camal, Qasımov Oqtay, Hüseynli Rəvan, İsmayılzadə Əziz, Qasımov Nihad, Bağırov Ramiz, Əhmədov Səid, Nəbiyev Natiq, Xəlilov Həsən, Hüseynli Kamil, Həsənov Riyad, Hacıyev Azay
Baş məşqçi - Əliyev Səbuhi
Millimiz yarışda Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək. İlk matç yanvarın 11-də Estoniyaya qarşı olacaq.
Qeyd edək ki, 10-14 yanvar tarixlərində baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.