Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.
Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub.
Maqomedxan medal qazanmaq şansını davam etdirir. O, bürünc medal uğrunda yarışacaq. İdmançımızın rəqibi isə təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək. Həm bürünc medal uğrunda yarışlar, həm də təsəlliverici görüşlər sabah keçiriləcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.