15:50 03.02.2025 997

"Turan Tovuz"un bazası açılışa hazırdır - Balakişiyev klubun bütün planlarını açıqladı

"Turan Tovuz"un yeni bazası açılışa tam hazırdır. Klub yaxın günlərdə üç bərtəbədən ibarət binanı əsas komandanın ixtiyarına verəcək. 

Fanat.Az həm bu, həm də digər yeniliklər barədə klubun İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyevlə söhbətləşib:

Klub funksioneri ilk öncə yeni bazanın özəlliklərindən danışıb:

"Yeni binamız 3 min kvadrat kilometrdən böyükdür. Zirzəmini də nəzərə alsaq, 4 mərtəbəlidir. Bina 30 otaqdan ibarətdir. Bunlardan 6-sı məşqçilər və həkimlər üçün nəzərdə tutulub. Həkim və masaj otaqları bütün tələblərə cavab verir. Bundan başqa, çox böyük istirahət zalımız var. Orada ayrıca istirahət guşəsi yaradılıb. Tennis və sair əyləncələr üçün məkan qurulub. Yəni futbolçular asudə vaxtlarını çox rahat şəkildə keçirdə biləcəklər. Halbuki hazırkı binamızda o cür şərait yoxdur. Otaq sayı çatışmadığı üçün akademiyanın uşaqları üçün də lazımı şərait yarada bilmirik. Yeni bina istifadəyə verildikdən sonra əsas komanda islə akademiya bir-birindən ayrılacaq. 


Binanın tikilmə tarixçəsi haqda da sizə deyim. Demək biz bura yeni gələndə Ehtiram müəllim ("Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev) otaqları tək-tək gəzirdi. Akademiyanı gəzəndə 6 uşağın bir otaqda qaldığını görəndə bu layihə barədə dərhal göstəriş verdi. Dedi ki, biz peşəkar futbolçu yetişdirmək istəyiriksə, 6 futbolçu 18-20 kvadrat metrlik bir otaqda qala bilməz. İkincisi, onları bizə əmanət ediblər, biz isə onları gətirib belə bir sıx otaqda yerləşdirmişik. Ona görə bu layihə ideyası yarandı ki, əsas komanda üçün yeni bina tikək, akademiyanın uşaqlarının da şəraiti yaxşılaşsın. Yeni mövsümdən hər otaqda 6 yox, 2, maksimum 3 uşaq qalacaq. Eyni zamanda akademiyamızın uşaq sayını da artırmağı düşünürük. Hazırda 50 uşağımız var. Daha doğrusu, yerimiz maksimum bu sayda uşaq saxlamağa imkan verir. Halbuki, seçim etmişik və bacarıqlı uşaqlar tapmışıq. Hətta müqavilə bağlamışıq, amma binada qalmağa yer olmadığı üçün hələlik öz klublarında oynamağa davam edirlər".

Əli Balakişiyev Kürdəxanıda inşa olunan bazada görülən işlər barədə də məlumat verib: 

"Əslində, rayonda yeni baza inşa etməyi düşünürdük. Hətta indiki bazamızdan 10 dəqiqəlik məsafədə yer almışıq, stadionu orda tikmək istəyirdik. Ancaq Bakıda baza yaratmaq planı hələlik onu arxa plana keçirdi. Kürdəxana 3 meydançanın inşası nəzərdə tutulub. Onlardan biri, təbii örtüklüsü martda tam hazır olacaq. Binasının tikintisinə isə yaz-yay aylarında başlayacağıq. Analitik çəkiliş üçün də yer ayrılıb. İkinci meydançanın da təməli hazırdı, birinci meydançada məşqlərə başlayanda, ikinci meydançada ot səpininə start veriləcək. 

Rayondakı bazanın tikintisi niyə uzandı, çünki rayon yerində fəhlə, usta tapmaq çətindi. Amma ordakı binanın "Huner Group" özü tikəcək. Rayonda inşası nəzərdə tutulan baza da gündəmdə qalır. Bəziləri elə düşünə bilər ki, Kürdəxanıdan sonra həmin layihə yaddan çıxdı, xeyr, sadəcə, onu ikinci plana keçirdik. Niyə belə etdik, bunu da izah edim. Məlum məsələdir ki, futbolçularımızın əksəriyyəti, xüsusilə də legionerlər Bakıda qalır. Belə olunca, məşqlərimizin çoxunu paytaxtda keçirməyə məcbur idik. Bu zaman isə ciddi meydança problemi ilə üzləşirdik. Düzdür, sağ olsun, "Sabah", "Səbail", "Sumqayıt", "Qarabağ", "Neftçi" kimi klublarımız da zaman-zaman bizə öz bazalarında məşq imkanı yaradırdılar. Amma bu da problemi daimi həll etmirdi. Çünki bəzən onların özünün də qrafikəri sıx olurdu, komandaları məşqə, oyuna çıxırdı. Bundan başqa, komandanın Bakıda qalması, qidalanması da böyük miqdarda vəsait aparırdı. Həmçinin, istədiyimiz qidanı da ala bilmirdik. Biri var futbolçu üçün qidanı adi otel aşbaz hazırlasın, biri də var peşəkar idman aşbazı. Bu mənada Bakıda "Turan Tovuz"un öz bazasının olması labüd idi. Buna görə də qərara aldıq ki, rayondakı bazanın tikintisini ikinci plana keçirib, Kürdəxanını önə çəkək. Qeyd edim ki, Tovuzda da bir təbii və bir süni örtüklü meydançanın salınması nəzərdə tutulub. Onu da deyim ki, Tovuzdakı baza daha çox əvəzedici komanda və akademiya üçün nəzərdə tutulub. Bu da çox vacibdi. Çünki hazırkı stadionumuz çox yüklənir. Təsəvvür edin, bütün komandalarımız burda məşq edir, burda oynayır. Üstəlik, "Kəpəz" də ev oyunlarını burda keçirir".

"Turan Tovuz" hazırki bazasında və stadionunda da yenidənqurma işləri həyata keçirməyə hazırlaşır. Əli Balakişiyev bununla bağlı maraqlı məlumatları açıqlayıb:

"Yeni binanın açılışını edən kimi stadionun avrokubok oyunu üçün meyarlara uyğunlaşdırılması işlərinə başlayacağıq. Açığı, böyük maliyyə tələb olunur. Mən hesablama aparıb Ehtiram müəllimə təqdim etmişəm. Vacib tələbləri yerinə yetirmək üçün 800 min manat vəsait tələb olunur. Məbləğ böyük olsa da, klub rəhbərliyi qərarlıdır ki, ilk avrokubok oyunu Tovuzda baş tutsun. Əsas tribuna ilə üzbəüz sektorun üzərini bağlamağı planlaşdırmışıq. Tovuz stadionunun tutumunun artırılmasını həyata keçirəcəyik. Bundan başqa, mətbuat nümayəndələri üçün də ayrıca yer hazırlanacaq. Qapalı, otaq şəraitində çalışa bilməyiniz üçün məkan olacaq. Jurnalistlər üçün qapalı məkan hazırlanacaq. Eləcə də məşqçi skamyasının meydança səviyyəsindən aşağı endirməyi düşünürük". 

"Turan Tovuz" avrokuboklara vəsiqə qazanıb ilk mərhələni keçəcəyi hal üçün də indidən plan qurur: "İşlərimizi peşəkar səviyyədə planlaşdırırıq. Avrokuboka vəsiqə qazana bilib-bilməyəcəyimizdən asılı olmayaraq, işlər görülür. İkinci mərhələyə keçsək, Gəncədə oynamaq istəyirdik. Orada işlər uzansa, Bakıdakı arenalardan birinin xidmətindən yararlanacağıq". 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

Facebookdan bizi izləməyi unutmayın.
X