21:55 05.10.2025 457

"Böyük üstünlüyümüz var idi" - Kaxaber Tsxadadze

Misli Premyer Liqasının VIII turu çərçivəsində “Şamaxı” səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Şamaxı"nı qələbə münasibətilə təbrik edirəm. Oyun haqda çox danışmaq istəmirəm. Qol epizodlarımız çox idi. Böyük üstünlüyümüz var idi. Amma imkanlardan yararlana bilmədik. Ehtiyat skamyamız güclü deyil. Komanda pis oynayır, fiziki, yoxsa taktiki sarıdan pisdir? Maksimumu edirik. Səhvlər edirik, qapımızda qol görürük. Özümü heç günahlandıra bilmirəm. Komanda funksional və taktiki sarıdan hazırlıqlıdır. Futbolçu 2 metrdən qol vura bilmirsə, onun əvəzinə vurmayacam ki. Güclənməyimizə ehtiyac var. İkinci hissədə meydanda bir komanda var idi".

- Yayda seleksiya işində səhvlərə yol vermisiz?

- Seleksiya işində səhvlərə yol verdik. Daha da güclənməliyik. Bəzi futbolçular var ki, Premyer Liqa səviyyəsində deyillər, U-19 komandasına göndərəcəm. Bunu etiraf etməliyik. İkinci hissədə kimi meydana buraxaq... Allah qoysa, hər şey yaxşı olar, güclənərik və hər şey daha yaxşı olar. Böyük klublarda çıxış etmişəm, "Mançester Siti"də oynamışam. Oyundan sonra hər zaman futbolçuya dəstək olurdular. Sona qədər dəstək göstərirdilər. Biz də, onlar da öyrənməliyik. Azarkeş komandanın arxasında dayanmalıdır. Komandamız oyun göstərir. Buna görə də panikaya düşməli deyilik. Sadəcə oyunun gedişində güclənə bilmirik. Ehtiyatda olanlar yerli gənclərdir.

- Milli fasilə zamanı heyəti gücləndirəcəksiz?

- İndiki vaxtda hansı futbolçunu tapmaq olar, əgər hansısa futbolçu komandasızdırsa, hansı durumda olacaq? Mövsüm mayda başa çatıb və hazırda oktyabrdır. Biz varlı klub deyilik. İstəyirik ki, bu dəqiqə güclənək. Amma dediyim kimi, o futbolçu hansı durumda olacaq...  Səhvimizi etiraf edirik. Dekabrda güclənəcəyik. Bu da olmasa, çətin olacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
02:04

KL: Komandası qələbə qazandı, Mahir isə...

01:11

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

Facebookdan bizi izləməyi unutmayın.
X