14:54 11.10.2025 611

Parisdəki matça sözardı -Məğlubiyyətin ümid çalarları

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa Parisdə çıxdı. D qrupunda yer alan komandamız bu gecə "Park de Prens"də Fransa seçməsinə 0:3 hesabı ilə məğlub oldu. Seçməmizin Parisdəki oyununu AFFA-nın dəstəyi ilə biz də səfərə yollanaraq canlı izləyə bildik.

"Xoruzlar"ın qələbə qazanmasında, şübhəsiz, qeyri-adi nəsə axtarmağa dəyməz. Oyundan öncə futbolsevərlərin əksəriyyəti məlum "Oser faciəsi" - 0:10 hesablı yenilgi haqda düşünür, xoflanırdı. Əslində, dünyanın ən güclü yığmalarından birinin bu dəfə də təmsilçimizi yenəcəynəi şübhə yox idi. Razılaşaq ki, bu matçda heç-heçə belə, gecənin sensasiyası sayılardı. Sadəcə, Ayxan Abbasovun rəhbərliyi altında meydana çıxan komandanın hansı səviyyədə mübarizə aparacağı, millimizin Didye Deşamın Kilian Mbappeli "drujina"sına qarşı nə edə biləcəyi böyük maraq doğururdu. Böyük futbolun böyük reallığı başqadır. Bərbad fəaliyyətlə yadda qalan portuqaliyalı mütəxəssis Fernandu Santuşun istefaya göndərilməsindən sonra millinin "sükanı atxası"na gətirilən və Ukrayna ilə Bakıda heç-heçəyə nail olan (1:1) azərbaycanlı məşqçinin "div"lə döyüşə apardığı kollektivdən yalnız müəyyən müsbət işartılar uma bilərdik. Qarşıda Ukrayna ilə daha bir duel olduğunu da nəzərə alaraq 0:3-ün ümid çalarları üzərində dayanacağıq. Daha dolğun təhlili A millinin Krakovda Sergey Rebrovun komandasına qarşı keçirəcəyi matçdan sonraya saxlamaq şərti ilə...

Milli qorxmadı

Parisdə 5 müdafiəçi ilə oynamamaq intihara doğru atılan yanlış addım hesab edilərdi. Abbasov doğru taktika seçmişdi. Rəqib futbolçularla bizimkilər arasındakı səviyyə fərqini nəzərə alsaq, komandamız verilən tapşırıqları əzmkarlıqla yerinə yetirməyə çalışdı. Sübut olundu ki, təmsilçimiz hazırda istənilən rəqib önündə öz oyun planına sadiq qala və qorxmadan mübarizə apara bilir.

Daha güclü ola bilərik

İlk hissənin sonlarında Mbappenin fərdi ustalığı sayəsində fasiləyə məğlub yollanan yığmamız ikinci yarıda daha çox qaçmalı oldu. Oyundan sonra "Milan"ın yarımmüdafiəçisi, qapımıza vurulan qollardan birinin müəllifi Adrien Rabyonun da vurğuladığı kimi, birinci yarıda çox əziyyət çəkən rəqib ikinci hissədə tempi artırdı. Belə təzyiq fonunda yığmamızın fiziki çöküşlə diqqət çəkməməsi də müsbət hal sayıla bilər. Təbii ki, komandamızın zamanla fiziki planda daha da "artırması", bu yöndə güclənməsi mümkündür. 

Xaybullayev, Bəhlul başqaları

Hə, yenilməmək üçün hücumda da son dərəcə dəqiq oynamalıydıq. Lakin möcüzə baş vermədi. İrəlidə çoxalmayan, mövqeli hücumlara imkan tapmayan yığmaya Abbasov tərəfindən dəvət olunan Abdulla Xaybullayevin, "Qarabağ"da "bişmiş" Bəhlul Mustafazadənin effektli performansları ilə təsəlli tapmaq da olar. 2-ci Bundesliqada "Kayzerslautern"də oynamayan Mahir Emreli, "Zirə"də heyətə düşməyib "Sumqayıt"a keçən Rüstəm Əhmədzadə ilə Parisdəki görüşdə qol və qollar vura bilməməyimiz acı həqiqətin hayqırtısıdır. Hərçənd Avropada Fransa səviyyədə cəmi 4-5 milli olduğunu da yada salsaq, məntiqlə, Ayxan bəyin komandası digərlərinə başağrı ola bilər. Məsələn, iki gündən sonra Krakovda qarşılaşacağımız Ukrayna ilə görüşdə daha çox müsbət məqamlar izləmək, daha yaxşı sonluğa ümid etmək olar. 

O qol olmasaydı...

Görəsən Mbappe qeyri-adi keyfiyyəti hesabına birinci qolu vurmasaydı, sonradan nə baş verərdi? İndi bu suala cavab vermək daha çətindir. Çünki artıq matç bitib və "Real Madrid"in ulduzu o qola imza ataraq "xoruzlar"ın qələbəsinin təməlini qoyub. Böyük ehtimalla, fasiləyə qolsuz bərabərliklə yollansaydıq belə, rəqib ikinci yarıda fırtına kimi əsəcək və tutaq ki, yekunda 3:0 yox, 2:0 hesablı qələbə qazanacaqdı. Cüzi ehtimal da budur ki, 45+2-də qol olmasaydı, ikinci yarı başlar-başlamaz elə sonradan zədələnən Mbappe və ya başqası təsadüfən "qırmızı" ala, bizimkilər də azlıqda qalan kollektiv önündə daha inamla müdafiə olunaraq "quru sülh" planı qura bilərdilər. Təəssüf ki, komandamızın hazırkı potensialı bu rəqibi başqa ssenarilərlə üstələməyə imkan vermir.

Döyüşməyə davam

Yeganə yol budur ki, milli yer aldığı qrupda əzmkar mübarizəyə davam etməli, tsiklin sonuna qədər çıxacağı hər qarşılaşmada öncə döyüş ruhunu ortaya qoymalıdır. Hər şey bu ruhdan başlayır. Qalan bütün oyun komponentləri belə desək, motivasiya və istək sousunda bişməlidir. 

Əli Sahib, Paris
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
20:04

İngiltərə nəhəngi Tonali üçün 80 milyonu gözdən çıxardı

19:53

PSJ-dən "Real Madrid"ə sərt cavab

19:14

Maquayr MY-dən ayrılır?

18:41

Tatyana AÇ-də iştirak edəcək

18:10

"Şəfa"nın yeni mövsüm üçün hazırlıq planı bilindi

17:50

Skott İngiltərə nəhənginə keçmək üzrədir

17:33

Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da mübarizə aparacaq

17:12

"Şamaxı" heyətinə yeni futbolçu cəlb etdi

16:53

Robin van Persinin yerinə iki əsas namizəd var

16:35

Azərbaycan gimnastları "AGF Trophy" və dünya kubokunda 3 "qızıl" qazandılar

16:18

"Kəpəz"dən ayrılacaq oyunçulardan biri dəqiqləşdi

16:00

FİFA prezidenti meydanda huşunu itirən milli üzvündən danışdı

15:42

Azarkeşləri Roma klubuna qarşı boykota başladı

15:24

"Real Madrid" iki yeni futbolçu ilə müqavilə bağladı

15:05

Kilian Mbappe DÇ-2026-nın bombardirinin kim olacağını dedi

14:47

Türkiyə nəhəngi İspaniyadan bombardir gətirir - Danışıqlar başladı

14:28

"Şəfa"nın kapitanının aqibətinə bu gün aydınlıq gələcək

14:10

Nesta "Milan"ın ÇL-dən kənarda qalmasının günahkarlarını açıqladı

13:51

Kukurelya rəhbərlikdən satışa çıxarılmasını xahiş etdi

13:32

AMADA Müşahidə Şurasının iclası keçirildi

13:14

"Sabah"ın sabiq baş məşqçisi klubsuz qaldı

12:54

Azərbaycanlı stolüstü tennisçi beynəlxalq turnirdə 3-cü oldu

12:28

Bakı klubunda istefalar: Üç rəsmi şəxs postundan ayrıldı

12:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:50

"Şəfa" ilk transferini reallaşdırdı

11:31

Ronald Arauxo Uruqvay millisinin düşərgəsini tərk edərək Barselonaya qayıtdı

11:10

İtaliya Krit adasından qalib döndü, Xorvatiyadan minimal üstünlük - Oyunlar

10:49

Van Persi postundan qovuldu

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Aziz Yıldırım 8 il sonra "Fənərbağça"ya döndü

09:30

"Real Madrid"də prezident seçkisinin nəticəsi rəsmən açıqlandı - SON DURUM

09:00

Sergey Yuran bir həftə əvvəl baş məşqçi təyin olunduğu klubdan ayrıldı

02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

Facebookdan bizi izləməyi unutmayın.
X