
DÇ-2026-nın Avropa zonasında mübarizə başa çatır.
Fanat.Az xəbər verir ki, "köhnə qitə"də seçmə mərhələyə bu gün yekun vurulacaq.
Sonuncu oyun günündə 10 matç keçiriləcək.
E qrupunda yer alan Türkiyə millisi İspaniyanın qonağı olacaq. Pley-offa vəsiqəni təmin edən "ay-ulduzlular"ın qrup lideri olması üçün səfərdə azı 7 top fərqi ilə qalib gəlməlidir ki, mundiala birbaşa vəsiqə qazanacaq.
B, C və H qruplarında da qrup liderləri üz-üzə gələcək.
DÇ-2026
Seçmə mərhələ
18 noyabr
B qrupu
23:45. İsveç - Sloveniya
23:45. Kosovo - İsveçrə
Xal durumu: İsveçrə - 13, Kosovo - 10, Sloveniya - 3, İsveç - 1
C qrupu
23:45. Şotlandiya - Danimarka
23:45. Belarus - Yunanıstan
Xal durumu: Danimarka - 11, Şotlandiya - 10, Yunanıstan - 6, Belarus - 1
E qrupu
23:45. İspaniya - Türkiyə
23:45. Bolqarıstan - Gürcüstan
Xal durumu: İspaniya - 15, Türkiyə - 12, Gürcüstan - 3, Bolqarıstan - 0
H qrupu
23:45. Avstriya - Bosniya və Herseqovina
23:45. Rumıniya - San Marino
Xal durumu: Avstriya - 18 xal, Bosniya və Herseqovina - 16, Rumıniya - 10, Kipr - 8, San Marino - 0
J qrupu
23:45. Uels - Şimali Makedoniya
23:45. Belçika - Lixtenşteyn
Xal durumu: Belçika - 15 xal, Şimali Makedoniya - 13, Uels - 13, Qazaxıstan - 8, Lixtenşteyn - 0.