
Misli Premyer Liqasının (MPL) 12-ci turunda "Sabah"ın qonağı olacaq "Şamaxı" "bayquşlar"la oyuna 2 itki ilə çıxacaq.
Bu barədə Fanat.Az-a "aslanlar"ın sözçüsü Yusif Hüseynli məlumat verib:
"Karim Rossi cəzalı duruma düşdüyü üçün komandaya kömək edə bilməyəcək. Andrey Tirkiveanu isə zədə səbəbindən oyunu kənardan izləyəcək".
"Sabah" - "Şamaxı" görüşü noyabrın 23-də "Bank Respublika Arena"da keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.
10 oyuna 21 xal toplayan "Sabah" MPL-in turnir cədvəlinin 3-cü, 11 matça 13 xal yığan "Şamaxı" isə 8-ci pilləsində mövqe tutub.
Nihat