
"Şaxtyor"un baş məşqçisi Arda Turan "Dinamo Kiyev"in çalışdırıcısı Aleksandr Şovkovskinin istefaya göndərilməsinə münasibət bildirrib.
Fanat.Az xəbər verir ki, "şaxtaçılar"ın mətbuat xidməti türkiyəli mütəxəssisin fikirlərini belə təqdim edib:
"Şovkovski həsəd apardığım məşqçidir. O, çempiondur və liqada bizim üçün rəqabəti və motivasiyanı artırıb. Cəmi 5-6 aydır birlikdə çalışsaq da, onun rəqibi olmaqdan məmnunam. Ona böyük hörmətim var. Rəqib kimi yenidən qarşılaşmasaq, ona gələcək karyerasında uğurlar arzulayıram. Şovkovski böyük məşqçidir".
"Şaxtyor Donetsk" Konfrans Liqasının son oyununda "Şemrok Rovers"i səfərdə 2:1 yenib. Bu uğur donetsklilləri 9 xalla dördüncü pilləyə yüksəltdi.
Aleksandr Şovkovskinin çalışdırdığı "Dinamo" isə səfərdə Kipr "Omoniya"sına 0:2 uduzub. Dörd oyundan sonra paytaxt komandasının aktivində cəmi üç xal var.
Şovkovski 2023-cü ilin noyabrında Mirça Luçeskunu əvəz etmişdi. Onun rəhbərliyi altında klub ötən mövsüm Ukrayna çempionu olub. Paytaxt komandası çempionatı məğlubiyyətsiz başa vurub.
Mirağa