
AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov Misli Premyer Liqasının XIII turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, "Turan Tovuz" - "Neftçi" (0:0), "İmişli" - "Sabah"(0:3), "Qarabağ" - "Karvan-Yevlax" (2:0), "Şamaxı" - "Sumqayıt" (1:2) və "Qəbələ" - "Araz-Naxçıvan" (2:1) matçlarında qeydə alınan ümumilikdə 5 epizodla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis baş hakim Fərid Hacıyevin "Turan Tovuz" - "Neftçi" matçında meydan sahiblərinin qapısına təyin etdiyi penaltinin yanlış, VAR müdaxiləsindən sonra qərarın dəyişdirilməsinin doğru olduğunu bildirib.