
Cümə günü Azərbaycan Kubokunda yarımfinal görüşləri start götürəcək. Bakıda çempionluq uğrunda da bir-biri ilə amansız mübarizə aparan "Qarabağ" ilə "Sabah" üz-üzə gələcəksə, digər cütdə "Zirə" ilə "Turan Tovuz" münasibətlərinə aydınlıq gətirəcək. Qərb təmsilçisi ev sahibi statusunda çıxış etsə də, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda rəqibini Sumqayıtda qəbul edəcək.
Fanat.Az-ın məlumatına görə, həm "Zirə", həm də "Turan Tovuz" matça optimal heyətlə hazırlaşır.
Hər iki komandada nə cəzalı, nə də zədəli futbolçu var. Milli komandalarda olan futbolçular da düşərgəyə dönüblər və məşqləri davam etdirirlər.
Yeri gəlmişkən, "Zirə"də yalnız məşqçi Vüqar Məmməd uzun müddətdir davam edən cəza səbəbindən texniki zonada görünməyəcək. Rəşad Sadıqovun köməkçisinin cəzası hələ "Səbail"də məşqçi işlədiyi dövrə gedib çıxır. Belə ki, o, 2020/21 mövsümündə "Sumqayıt"la cavab 1/4 final matçında yan xətt hakimi Cavanşir Yusifovu vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 20 oyunluq cəzalanıb. Vüqar bəy hələ bu mövsüm də kubokda iştirak etməyəcək.
Qeyd edək ki, 3 apreldə baş tutacaq “Turan Tovuz” – “Zirə” matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq və 17:30-da start götürəcək.
Mirağa