
London "Arsenal"ı yay transfer pəncərəsi üçün əsas transfer hədəfini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.
Mənbənin məlumatına görə, "Arsenal"ın baş məşqçisi Mikel Arteta klubun idarə heyətinə "Atletik Bilbao"nun 23 yaşlı vingeri Niko Uilyamsı istədiyini bildirib.
Arteta oyun tərzi və fiziki xüsusiyyətlərinə görə ispaniyalı cinah oyunçusunu komandanı gücləndirmək üçün ideal namizəd kimi görür.
Uilyams da Bilbaodan ayrılmağa hazır olduğunu bildirib, çünki orada özünü xoşbəxt hiss etmir. "Athletik" Nikonun iradəsinə zidd olaraq onu saxlamağın mənasız olduğunu başa düşür, ona görə də onu 90 milyon avroya satmağa hazırdır.
İspaniya millisinin üzvü bu mövsüm Baskların heyətində 29 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun "Atletik" ilə müqaviləsinin müddəti 2035-ci ilə qədərdir və "Transfermarkt"a görə, hazırda onun dəyəri 50 milyon avrodur.