
Azərbaycan millisinin Malta və San Marino yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki matç Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.
Malta ilə matçda baş hakim Mixali Kapraliyə Balaş Buzaş, Bençe Belitsa yardım edəcək. Dördüncü hakim funksiyasını Tamaş Boqnar yerinə yetirəcək.
San Marino ilə görüşü isə Marton Ruş idarə edəcək. Ona Balaş Şert, Balaş Şalai yardımçı olacaqlar. Dördüncü hakim isə Bençe Çsonka olacaq.
Qeyd edək ki, Malta ilə matç iyunun 5-də, San Marino ilə görüş isə iyunun 9-da baş tutacaq. Qarşılaşamalar Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda təşkil olunacaq.