
Rusiya millisinin azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov Voronej "Fakel"ində qalmayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
"Fakel"də baş seleksiyaçı qismində fəaliyyət göstərən Səmədovun müddəti iyunun 15-də başa çatacaq müqaviləsinin yenilənməyəcəyi bildirilib. Ona ənənəvi qaydada təşəkkür edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Xatırladaq ki, Voronej təmsilçisi geridə qalan mövsümdə Pari Liqasında 2-ci yeri tutaraq Rusiya Premyer Liqasında iştirak hüququ qazanıb.
Nihat