
Türkiyə Superliqasında transfer bombası partlamaq üzrədir.
Fanat.Az tanınmış jurnalist Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, İtaliyanın "İnter" klubunda çıxış edən türkiyəli futbolçu Hakan Çalhanoğlunun nümayəndəsi Hakan Safi, "Fənərbağça" ilə danışıqlar aparmaq üçün İstanbula gəlib.
Məlumata görə, Hakan Safi hələlik "İnter" klubuna rəsmi təklif göndərməyib.
O, ilk növbədə İstanbul nəhəngi ilə şərtlərdə tam razılığa gəlməyi, daha sonra isə İtaliya klubu ilə rəsmi təmaslara başlamağı hədəfləyir.