
"Mançester Yunayted" müdafiə xəttindəki boşluqları doldurmaq məqsədilə İtaliya A Seriyasında çıxış edən "Yuventus"un fransalı müdafiəçisi Pyer Kalulunu radarına alıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Çempionlar Liqasına vəsiqə qazana bilməyən Turin təmsilçisi, maliyyə balansını tənzimləmək üçün 25 yaşlı müdafiəçini satmaq məcburiyyətində qala bilər.
Qeyd edək ki, Kalulu Fransa millisinin Dünya Çempionatı üçün açıqlanan heyətinə düşməyi bacarmayıb.