
Topaz Premyer Liqasının AZAL-la oyununda komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi olan Muarem Muarem “Qarabağ”ın heyətində 30-cu dəfə rəqib qapısına yol tapıb. Fanat.Az xəbər verir ki, o, yubiley qolunu Ağdam təmsilçisindəki 159-cu matçında vurub.
Muarem çempionatdakı 118 qarşılaşmada 22, 19 kubok matçında 4, avrokuboklardakı 22 görüşdə 4 dəfə fərqlənib. İlk qolunu 2012-ci il aprelin 22-də “Bakı” ilə çempionatdakı ev oyununda (2:4) vuran yarımmüdafiəçi komandasının öz meydanındakı matçlarda 14, səfərdə 15 dəfə rəqib qapısına yol tapıb. Daha bir qolu neytral meydanda vuran makedoniyalı 3 dubl müəllifid. Səfərdə qeydə alınan dubllardan ikisi çempionat, biri kuboka təsadüf edib.(pfl.az)
| mövsüm | Premyer Liqa | kubok | Avrokubok |
| 2011/12 | 1 | 1 | - |
| 2012/13 | 5 | - | - |
| 2013/14 | 4 | - | - |
| 2014/15 | 7 | 1 | 2 |
| 2015/16 | 3 | 2 | - |
| 2016/17 | 2 | - | 2 |
| Cəmi | 22 | 4 | 4 |
Fanat.Az