16:06 30.11.2016 868

"İctimaiyyət qarşısına çıxıb üzr istəməlidirlər" - Fariz Nəcəfov

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi

 

 - Topaz Premyer Liqasının XIII turu başa çatdı və komandanız mövsümdə ilk dəfə liderliyi əldən verdi. Bu, həm də, çempionatdakı ilk məğlubiyyətinizlə müşayiət olundu...

- Hər şeydən əvvəl onu deyim ki, mən komandamı məğlub hesab etmirəm. Futbolçuların hər biri layiqli oyun sərgilədi, məşqçinin verdiyi bütün tapşırıqları tam yerinə yetirdilər. Təəssüf edirəm. Bu klubu qurmağımızın 10 ili yenicə tamam olub. Qısa zaman kəsiyində ölkə futboluna çox yeniliklər gətirmişik. Bunlardan hər biriniz xəbərdarsınız. Amma, məncə, gətirdiyimiz ən vacib yenilik pərdəarxası oyunlara qol qoymamağımızdı. Biz həmişə oyunumuzu meydançada, 90 dəqiqə ərzində oynamışıq. Belə vacib oyunda bu qədər səhvə yol vermək olmaz. Bu səhvlərə görə cavabdeh olan şəxslər ictimaiyyət qarşısına çıxıb üzr istəməli, üzərlərinə düşən işi yerinə yetirə bilmədiklərini etiraf etməlidirlər. Öz xoşları ilə etmirlərsə, rəhbərləri ölçü götürməlidi.

 

- Belə başa düşürük ki, məğlubiyyətinin məsuliyyətini tamamilə hakimlərin üzərinə atırsınız.

- Mən, həqiqətən də, özümüzdə də səhvlər axtarmağa çalışıram, lakin bu oyunun taleyini hakimlərin bərbad idarəçiliyinin həll etdiyini düşünürəm. Biz rəqibin oyun tərzini bilirik və taktikamızı məhz bu tərzə görə müəyyənləşdirmişdik. Gördüyünüz kimi, hakimlərin qəti müdaxiləsinə qədər taktikamız özünü doğruldurdu. Qapımıza penalti təyin olunana kimi dəfələrlə bizə qarşı qayda pozuntuları qeydə alınmışdı, amma bu hallar belə bizim mübarizliyimizə xələl gətirmir, sanki futbolçular həm də hakimlərə qarşı oynamaqdan bir az da həvəslənirdilər. Hətta haqsız penaltinin, təəssüf ki, qola çevrilməsindən sonra belə, komanda öz oyununu itirməmişdi. Məhz oyunun bitməsinə 1 dəqiqədən də az qalan vaxtda rəqibin 20 nömrəli futbolçusunun (Riçard Almeyda – red) inamsız ötürmə verməsi, Ozobiçin topu yaxalayaraq hücuma atılması bu dediyimi sübut edir. Belə epizodlarda psixoloji durum önəmli rol oynayır. Özüm də idmançı olmuşam, çox vacib görüşlərə çıxmışam. İdmançının hakimin antipatiyasını hiss etməsi, doğrudan da, həmin an üçün həlledici olur. Diqqət etsəniz, Almeydanın qırmızı vərəqə aldığı vaxtda oyunun bitməsinə 20 saniyə qalır. Bizim cərimə zərbəsini yerinə yetirdiyimiz andan qolun vurulmasına qədər olan müddət isə 1 dəqiqə 20 saniyədi. Yəni, hakim oyunu 1 dəqiqə artıq oynadır. Gözləri hakimin fitində olan futbolçularımız həmin taleyüklü 1 dəqiqənin içində oyunun bir neçə dəfə başa çatacağını gözlədikləri üçün diqqətləri yayınır və beləcə, rəqibin növbəti qolu vurmasına şərait yaranır. Komandamız əslində, baş hakimə qarşı da ciddi müqavimət göstərdi, amma hakim hər hərəkəti ilə göstərdi ki, rəqibin qələbəsi üçün hər şey edəcək, etdi də. İşini başa vuran kimi oyunu da bitirdi.

 

- Dediyiniz məqamlarla yanaşı, hakim qırmızı vərəqə almış Riçard Almeydanın meydançanı tam tərk etməsini gözləməli, həmçinin, hesab 2:1 olarkən “Qəbələ”nin mərkəzdən oyunu başlamasından sonra final fitini verməli idi. Bu məqamlar oyun qaydalarının pozulmasıdı və matçın yenidən keçirilməsi tələb etməyinizə səbəb ola bilər.

- Əvvəla onu deyim ki, buraxdığı səhvlərin fərqində olduğuna görə baş hakimin özünüidarəni itirdiyi kənardan asanlıqla sezilirdi. Lakin FIFA referisi bu qədər kobud səhvlərə, xüsusilə, belə oyunlarda yol verməməlidi. Dünən oyundan sonra ümid edirdim və gözləyirdim ki, PFL və Hakimlər Komitəsi tərəfindən günahkar hakimlərin hər biri həm layiqli cəzalarını alacaqlar, həm də ali futbol qurumu bu qərəzin nədən doğduğunu aydınlaşdırmağa çalışacaq. Amma bu gün həm PFL rəhbəri Ramin Musayev, həm də Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşdə hakimi müdafiə etmələri dünənki idarəçiliyin təsadüf olmadığına məndə əminlik yaratdı. Bütün ölkənin, mütəxəssislərin yekdilliklə “penalti deyil” fikrini qəbul etməyib, o hakimi müdafiə edirlərsə, deməli, sistemli iş gedir, “Qəbələ”nin uğuru əngəllənir. Bu, səhv yox, həmin şəxslərin klubumuza qarşı olan qərəzidi. Oyun qaydalarının pozulmasını isə protokola qeyd etmişik. Təkrar keçirilmə ehtimalını yüksək dəyərləndirmirəm. Mən gördüyümü gördüm. İndidən sonra heç kim mənə “Qəbələ”yə qarşı antipatiya olmadığını deyə bilməz.

 

 - Turun digər oyununda “İnter”in 1 futbolçusuna qırmızı, 3 futbolçusuna sarı vərəqə verildi. “İnter” növbəti turda “Qarabağ”la qarşılaşır həmin sarı vərəqə alan oyunçuların hər biri limiti doldurdular. Beləliklə, “İnter” “Qarabağ” önünə 4 vacib oyunçusu olmadan çıxacaq. Deyilənə görə, hakimlər “Qarabağ”ın yolunu təmizləmək üçün tez-tez bu üsula əl atırlar. Siz necə fikirləşirsiniz?

- Dediklərinizə inanmıram. İnanmaq istəmirəm. Ümid edirəm ki, Azərbaycan futbolunda belə iyrəncliklər yoxdur. Biz heç vaxt belə işlər görməmişik və kiminsə gördüyü haqqında da heç bir sübutumuz yoxdu.

 

- Baş məşqçiniz mətbuat konfransında hal-hazırda evində olmaq istədiyini bildirdi. Bu, onun komandadan ayrılmaq istəyinə dəlalət etmir ki? Bu haqda söhbətiniz olub?

- Əlbəttə, məşqçi və komanda ilə görüşümüz oldu. Hər birinə mübarizənin başa çatmadığını, hələ qarşıda 15 oyun qaldığını bildirdim. Roman isə həmin anda olan hislərini ifadə edib. O, mübariz insandır, belə anlarda yandaşlarını yarı yolda buraxmaz. Bütün bu dediklərimlə yanaşı, həm məşqçilər, həm də futbolçuları necə motivasiya edəcəyimi bilmirəm. Haqları yeyildiyini hər biri gördü. Hakimlərə, rəqib futbolçulara veriləcək cəzalar belə onları sakitləşdirməyəcək.


Fanat.Az


Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

Facebookdan bizi izləməyi unutmayın.
X