09:55 15.08.2018 2932

“Qarabağ” və “Fənərbaxça” arasındakı fərq

Amal Abuşov

"Əşi, o qədər pul aldılar keçən il. Bir yaxşı hücumçu tapmadılar”, "Rəşad Sadıqov getməsə, düzəlməyəcək, bütün günahlar ondadı”, "Qurban Qurbanov əvəzetmələri gec etdi. Nəyi gözləyirsən, onsuz da uduzuruq da”... və sair və ilaxır.

Hamı ittiham edir. Hamı özünə görə haqlıdı. Hərənin bir həqiqəti, bir inandığı var və onu söyləməkdə-yazmaqda azaddı. Zatən illərdi bunun həsrətindəyik. İctiami-siyasi həyatda düşündüyünü deyə bilməyən, heç düşünmək və demək istəməyən xalqımız futbol mövzusunda çox həssasdı, aqressivdi, güzəştə getməz. Olsun, qoy ürəklərimiz belə boşalsın.

Bəli, hamımız istəyirdik ki, "Qarabağ” BATE-ni yolundan kənarlaşdırsın, Hollandiya çempionu PSV Bakıya gəlsin. Ondan sonra da "Caps Lock”u buraxıb, qrup mərhələsində "Roma” və ya "Çelsi” ilə yenidən qarşılaşmağın sevincini yaşayaq. Bunu Qurban Qurbanov da istəyirdi, Rəşad Sadıqov da. Bizdən fərqli olaraq, onlar bu istəyin gerçəkləşməsi üçün təkcə sosial şəbəkələrdə yazmaqla, televizorda və ya stadionda futbola baxmaqla kifayətlənmir, gecə-gündüz çalışır, baş sındırır, məşqlər edirdilər.

Bir şeyə şübhəniz olmasın ki, ardıcıl ikinci il Çempionlar Liqasının qrupuna yüksəlməyi arzulamaqla çox şey istəyirdik. Bizim istədiyimiz qədər başqaları da istəyir axı. Özü də onlar təkcə istəmir, həm də bunun üçün akademiyalar tikir, futbol məktəbləri yaradır, futbolçu yetişdirir. Bunlar klub rəhbərliyinin və futbol funksionerlərinin işidi, bəli. Amma azarkeşin də öz üzərinə düşən vəzifəsi var. Dünyanın hər bir yerində azarkeş əvvəlcə o vəzifələri yerinə yetirir. Stadiona gəlir, bilet alır, forma alır, atribut alır, futbola baxmaq üçün telekanallara belə ödəniş edir.

Dünən "Benfika”nın Çempionlar Liqasından uzaqlaşdırdığı "Fənarbaxça”nın azarkeşlərinin etdiyi kimi. İstanbul klubunu keçən il Makedoniya "Vardar”ı Avropa Liqasından da "qovmuşdu”.
 
"Fənərbaxça” Çempionlar Liqasında sonuncu oyununu 2008-ci ilin dekabrında Kiyev "Dinamo”suna qarşı keçirib. Bəli, 10 il bundan əvvəl. "Benfika”ya məğlubiyyət həm də o demək idi ki, bu seriya azı bir illiyinə də uzandı. Bu 10 il ərzində anadan olan uşaqlar məktəbə gedib, məktəblilər universiteti də bitirib, əsgərlər təxris olunub. Amma "Fənərbaxça” xərclədiyi milyonların qarşılığında Çempionlar Liqasının qrupunda oynaya bilməyib.

"Şükrü Saracoğlu” stadionunun 50 min azarkeş tutumu var. Bu stadion "Fənərbaxça”nın adi çempionat oyunlarında belə dolu olur. Özü də biletlərin əksəriyyəti mövsümlük, "futbol ili” başlamamış abunə şəklində satılır. Söhbət ciddi məbləğdə paralardan gedir. Hələ "Fenerium”ların gündəlik dövriyyəsi, klub üzvlərindən toplanan ianələr, yardımlar. Bütün bunlara rəğmən "Fənərbaxça” keçən il "Vardar”la, bu ilə isə "Benfika” ilə oyunlara faktiki nominal hücumçu olmadan çıxmışdı. O boyda milyonların qarşılığında 111 yaşı olan klub zamanında bir normal hücumçu transfer edə bilmir. Çünki bu futboldu, onun da öz qanunları, öz qaydaları var. Olmayanda olmur. Təkcə istəməklə, pul xərcləməklə deyil ki.

Biz isə düşmüşük "Qarabağ”ın üstünə ki, keçən il Çempionlar Liqasının qrupunda oynadığınıza görə qazandığınız pulları nə üçün transferlərə xərcləmirsiz. "Fənərbaxça” 10 ildi ÇL-də qrup görmür, "Qarabağ”ın "Roma” ilə qarşılaşmasından isə heç bir il keçməyib. Əmin olun ki, Avropa Liqasının qrupunda oynamaq, bununla da ardıcıl beşinci dəfə avrokuboklarda qrup mərhələsinin iştirakçısına çevrilmək Azərbaycan çempionu və futbolumuz üçün böyük uğur sayılacaq.

Özü də bu il Avropa Liqasında qruplara qalıb, daha sonra "play-off”a qatılmaqla yeni bir ilkə imza atmış olarıq. Bu da "Qarabağ” və bizim üçün daha bir motivasiya.
 
Sport7.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

Facebookdan bizi izləməyi unutmayın.
X