Ötən gün Madaqaskarın paytaxtı Antananarivoda keçirilən Madaqaskar - Seneqal futbolç matçı zamanı izdiham faciəyə səbəb olub.
Fanat.Az Independent-ə istinadən xəbər verir ki, Afrika Millətlər Kuboku çərçivəsində keçirilən görüşdə Seneqaldan olan azarkeşlər üçün nəzərdə tutulan tribunada yaşanan izdihamda 1 nəfər ölüb, 37 nəfər yaralanıb. Yaralılardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.
22 min nəfərlik stadiona bütün biletlər satılıb və stadionun qarşısında izdihamla nəticələnən böyük növbə yaranıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol