13:52 24.12.2018 1556

Samir Abasov: "Daxili bazarda hücumçu nə gəzir?"

"Zirə” klubu qış fasiləsində legioner hücumçu transfer etmək istəyir.

Fanat.Az xəbər verir ki, bu barədə "Report”a qəsəbə təmsilçisinin baş məşqçisi Samir Abasov məlumat verib. 40 yaşlı mütəxəssis bildirib ki, hazırda bir neçə variantı gözdən keçirirlər: "Açığı, "heç kimi tapa bilmirəm, heç olmasa bunu götürüm” formasında oyunçu istəmirəm. Hazırda 2-3 variant var. Onların üstündə duracaq, birini gətirməyə çalışacağıq. Lakin hər şey bizdən asılı deyil. Bura gəlmək istəməyə də bilərlər. Söhbət xarici klublarda çıxış edənlərdən gedir. Daxili bazarda hücumçu nə gəzir?" 

"Zirə" Abasovun gəlişinədək hücumçuları əsasən Afrika ölkələrindən transfer edib. Yeni baş məşqçi isə bu məsələdə heç bir fərq qoymayacaqlarını açıqlayıb: "Oyunçunun rənginə baxmayacağıq. Əsas odur ki, komandamıza uyğun gəlsin. İstədiklərimizin hələlik gəlməmələri planlarımızın uzanmasına səbəb olur. Qarşıda duran əsas məsələ oyunçu götürməkdir. Yenilər gəldikcə, yəqin ki, gedən də olacaq. Amma oyunçu götürə bilməməyimiz planlarımız pozur. Bu işlə məşğul olanları başa düşürəm. Bu dəqiqə kompüter arxasında oturublar, danışıqlar davam edir”.

S.Abasov "Zirə”nin mərkəz müdafiəçisi Adil Nağıyevin "Sumqayıt”da rəhbərliyi altında eyni mövqedə çıxış edən Bəxtiyar Həsənalızadə ilə dəyişdirilməsi məsələsinə də toxunub. Baş məşqçi bu istiqəmətdə danışıqların davam etdiyini vurğulayıb: "Adil Nağıyevin "Zirə”dən gedişi gündəmdədir. Bununla əlaqədar danışıqları gedir. Onun xidmətində maraqlı olan klublar var, özü də getməklə bağlı bizə müraciət edib. Getsə, yerinə başqa mərkəz müdafiəçisi lazım olacaq. İndi yerli oyunçu tapmaq çətindir. Danışıqlar "biz kimisə veririksə, kimisə götürə bilək" yönündə gedir. Bu söhbətləri uzatmaq istəmirik. Məsələlər 10 dəqiqəyə də həllini tapa bilər, bir neçə günə də. Nağıyevin getdiyi klub özümüzə də maraqlıdır. Çünki biz də bu gedişdən nə əldə edə biləcəyimizə baxırıq. Onun "Sumqayıt”ın mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə dəyişdirilməsi mümkündür. Danışıqlar gedir”.

Gənc mütəxəssis komandanın qapıçıları, eyni zamanda kapitan və vitse-kapitanları - Anar Nəzirovun "Neftçi”yə, Kamal Bayramovun isə "Sumqayıt”a getmək istəmələri ilə bağlı iddialara da münasibət bildirib: "Qapıçı məsələsini ordan-burdan eşidirəm. Bununla bağlı qeyri-müəyyənlik var. Bizə rəsmi müraciət edən olmayıb”.

"Zirə” Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirəcək. "Qartallar”ın yanvarın 15-də Qazaxıstan Super Liqasında çıxış edən "Taraz”, yanvarın 18-də Rumıniya Liqasında yer alan "Konkordiya” ilə qarşılaşacağı dəqiqləşib. S.Abbasovun sözlərinə görə, digər iki rəqibin adına yaxın günlərdə aydınlıq gələcək: "Yanvarın 5-də Bakıda bir araya gələcəyik. Paytaxtda yoxlama oyunu keçirməyi düşünmürük. 12 - 27 yanvarda Türkiyədə olacağıq. Artıq "Taraz” və "Konkordiya” ilə qarşılaşacağımız dəqiqləşib. Digər iki rəqib üçün isə danışıq gedir”.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

Facebookdan bizi izləməyi unutmayın.
X