19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Vüqar Məmmədin yetirmələri İspaniya toplanışında ilk sınağına çıxıb.
Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan komandamız Mursiya şəhərindəki toplanışda İspaniya millisi ilə görüşüb. İlk hissəsi 0:0 hesabı ilə bitən matçın ikinci yarısında ispanlar 2 qol vuraraq qələbə qazanıb.
Qeyd edək ki, millimiz 2 gün sonra "Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.
Yoxlama oyunu
12 fevral
İspaniya (U-19) - Azərbaycan (U-19) 2:0
Azərbaycan: Nicat Mehbaliyev (k), İbrahim Hüseynov, Rauf Hüseynli, Elnur İbrahimov, Vüsal Məsimov, Turan Vəlizadə, Şakir Seyidov, Kamran Quliyev, Elvin Cəfərquliyev, Tural Bayramov, Musa Qurbanlı.
Ehtiyat oyunçular: Nail Alışov, Rüstəm Nuriyev, Zahid Mərdanov, Zamiq Əliyev, Xəyal Muradov, İdris İnqilablı, İsmayıl Zülfüqarlı, Murad Mahmudov, Maksim Bayramov, Əkbər Vəliyev.
Baş məşqçi: Vüqar Məmməd.
Fanat.Az