Xorvatiya millisinin üzvü Şime Vrsalko "AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı hər iki oyunu buraxacaq.
Fanar.Az xəbər verir ki, Milan "İnter"ində çıxış edən 28 yaşlı müdafiəçinin zədə səbəbindən yaşıl meydanlara 8-10 ay sora qayıdacaq. Bu barədə o, özü məlumat verib: "Bu mənim keçirdiyim əməliyyat üçün normal müddətdi. Hər şey yaxşı oldu və bu çox önəmli şeydi. Məqsədim daha yaxşı formada futbola qayıtmaqdı. Tələsmirəm və hər zamankından daha güclü olacağam".
Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Xorvatiya ilə martın 21-də səfərdə, sentyabrın 9-da isə evdə qarşılaşacaq.
Fanat.Az