Slovakiya yığmasının Azərbaycanla millisi ilə "AVRO-2020"nin seçmə oyunu üçün hazırlıq planı açıqlanıb.
Fanat.Az Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, rəqib komanda iyunun 7-də toplaşacaq. Həmin gün Pavel Hapalın baş məşqçi olduğu kollektiv Trnavadakı Anton Malatinski stadionunda İordaniya ilə yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi "AVRO-2020"nin seçmə mərhələsində Slovakiya ilə yanaşı, Xorvatiya, Macarıstan, Uelslə birgə E qrupunda mübarizə aparacaq. Yığma Slovakiya ilə ilk oyunu iyunun 11-də evdə, növbəti matçı isə noyabrın 19-da səfərdə keçirəcək.
Fanat.Az