"Heyətlə bağlı problemlər bizi bəzi seçimlərə vadar etdi. Kifayət qədər zədəlimiz olsa da, Xorvatiya oyunçu sarıdan çətinlik yaşamamalıdı".
Fanat.Az-ın məlumatına görə, bunu Xorvatiya millisinin məşqçisi İvitsa Oliç deyib.
Xorvatiya millisində 100-dən çox oyun keçirən 40 yaşlı sabiq hücumçu yerli mətbuata açqlamasında AVRO-2020-nin seçmə mərhələsi haqda danışıb. Baş məşqçi Zlatko Daliçin köməkçilərindən olan Oliç komandanın liderlərinin - Luka Modriç və İvan Rakitiçin durumunun yığma üçün həlledici olduğunu dilə gətirib:
"Azərbaycan və Macarıstanla görüşlərdə hücumçularımızın üzərinə çox iş düşəcək. Çünki rəqiblərin bizə qarşı açıq futbol oynamayacaqları dəqiqdi. Bundesliqada çıxış edən Kramariç, Brekalo və Rebiçə ümidimiz böyükdü. Təbii ki, Perişiçin təcrübəsi də komandaya kömək edəcək. Ancaq fikrimcə, bizim üçün hər şeydən önəmlisi Modriçlə Rakitiçin formada olmasıdı. Onlar öz oyunlarını göstərdikləri zaman komandamızın hücumu daha güclü olur".
Qeyd edək ki, martın 21-də Zaqrebdə Azərbaycan millisini qəbul edəcək Xorvatiya bundan 3 gün sonra Budapeştdə Macarıstanla qarşılaşacaq.
Fanat.Az