"Krılya Sovetov"un futbolçusu Ramil Şeydayev Azərbaycan millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, bu barədə Samara klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu "AVRO-2020"nin seçmə mərhələsində Xorvatiya ilə oyununa və Litva yoldaşlıq matçına çağırılıb.
Qeyd edək ki, Ramil "Krılya Sovetov"un heyətində meydana çıxdığı son iki oyunda 2 qol vurub. 18-ci turda səfərdə Moskva "Lokomotiv"inin qapısına yol tapan forvard, ötən turda isə "Yenisey"lə matçda fərqlənib.
Millimiz xorvatlarla martın 21-də səfərdə, litvalılarla isə martın 25-də Bakıda qarşılaşacaq.
Fanat.Az