Millimizin yeni baş məşqçisi Nikola Yurçeviçin milliyə dəvət etdiyi daha bir futbolçu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis Almaniyanın "Aue" klubundan Dmitri Nazarovu qarşıdakı oyunlara dəvət edib. Bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk turunda martın 21-də Xorvatiyanın qonağı olacaq, 4 gün sonra isə Bakıda Litva ilə yoxlama matçı keçirəcək.
Fanat.Az