"Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, Polşa mətbuatına müsahibə verən müdafiəçi həyat yoldaşının onun "Playstation” oynamasından narazı olduğunu bildirib:
"Evimdə "Playstation” var. Tez-tez futbol oynayıram. Silahlı oyunlardan xoşum gəlmir. İşim olan idman növü daha çox maraq yaradır. Yalnız FIFA oynayıram. Həyat yoldaşım bu vəziyyətə tez-tez əsəbiləşir. O, məni "Playstation”u evdən atmaqla hədələyir. Çünki saatlarla futbol oynamaqdan doymuram. Həmçinin yutubda videolara çox baxıram. Bu öyrəşdiyim bir şeydi".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol