13:59 16.04.2019 1570

Finalın Naxçıvanda keçirilməsindən narahatdırlar

AFFA Klublar Komitəsinin bugünkü iclasında ilk olaraq, 2019-2020 mövsümündə Azərbaycan Premyer Liqasında gənc futbolçular üçün limit məsələsi müzakirə edilib.

Bu barədə komitə sədri Riad Rəfiyev toplantıdan sonra keçirdiyi brifinqdə deyib. O bildirib ki, müzakirələrə Peşəkar Futbol Liqası rəsmiləri və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Milan Obradoviç də qatılıb. İclasda həm klublar, həm də Obradoviçin fikirləri dinlənilib. Serbiyalı mütəxəssis 1998-1999 təvəllüdlü iki futbolçunun start heyətdə yer almasını təklif edib. Klublar isə buna fərqli yanaşıblar. Yəni, bununla razılaşanlar da, razılaşmayanlar da olub.

Rəfiyev gündəlikdəki daha bir məsələnin oyunların vaxtı ilə əlaqədar olduğunu diqqətə çatdırıb: "Artıq havalar istiləşməyə doğru gedir. Aprelin 13-də "Zirə" - "Sumqayıt" matçı saat 16:00-da başladı. Azərbaycan Kubokunda bu iki komanda arasındakı ilk yarımfinal görüşü isə saat 16:30-da start götürəcək. Fikrimizcə, artıq oyunların saatlarını dəyişsək və bir qədər gec saatlara təyin etsək, daha yaxşı olar".

Komitə sədri Azərbaycan Kubokunun final matçının süni işıqlandırma sistemi olmayan stadionda təşkilindən narahatlıqlarını da ifadə ediblər: "Əslində finalın regionda keçirilməsi gözəl fikirdir. Biz də bu ideyanı dəstəkləyirik. Sadəcə, bəzi nüanslar var ki, onunla əlaqədar müzakirə aparılır. Məsələn, Azərbaycan Kubokunun finalının Naxçıvanda keçiriləcəyi deyilir. Amma oradakı stadionda süni işıqlandırma yoxdur. May ayının 19-da havalar isti olacaq. Bununla əlaqədar hansı tədbirlər görüləcək? Belə şeylər müzakirə olundu. Növbəti iclas mayın 14-nə təyin olunub. Ümidvarıq ki, hansısa dəyişiklik olsa, o vaxtadək bizə Peşəkar Futbol Liqasından xəbər gələcək".

Komitə sədri toplantıda İntizam Kodeksindəki bəzi bəndlərə yenidən baxılmasının təklif olunduğunu da diqqətə çatdırıb: "Klubların fikrincə, həmin bəndlərə baxılsa, daha yaxşı olar".

Nəhayət, UEFA-nın uşaq futbolu üçün klublara ayırdığı vəsaitin hara xərclənməsi də müzakirə olunub. Rəfiyevin sözlərinə görə, klublar gələn ay AFFA-ya bununla bağlı hesabatlarını təqdim etməlidirlər.

"Qəbələ”nin futbolçusu Stiven Monrozun Azərbaycan Premyer Liqasının 24-cü turunun "Keşlə" ilə səfər oyunundakı (2:1) hərəkətinə də münasibət bildirən Rəfiyev bu məsələnin Klublar Komitəsinin iclasında müzakirə olunmadığını deyib: "Onun məsələsinə İntizam Komitəsi baxaraq müvafiq qərar verəcək. Toplantıda tərbiyə işləri barədə danışdıq. Əlbəttə, Monrozun davranışı yaxşı hal deyil. Heç kim istəməz ki, belə alınsın. Biz və başqa klublar da müzakirələr aparırıq. Futbolçulara təkcə əsas komanda ilə deyil, akademiyada da özlərini necə aparmaları və media ilə necə münasibət qurmalı olduqları kimi məsələləri çatdırırıq".

KK-nın növbəti iclas isə mayın 14-nə təyin olunub. (Report)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

Facebookdan bizi izləməyi unutmayın.
X