Topaz Premyer Liqasının XXVI turunda 3 futbolçu cəzalı duruma düşüb.
Fanat.Az xəbər verir ki, "Qarabağ"dan Abdullah Zubir, "Səbail"dən Ağabala Ramazanov, "Keşlə"dən isə Tərlan Quliyev sarı vərəqə limitini doldurub. Mövsüm ərzində 4-cü sarı vərəqəni alan hər 3 futbolçu XXVII turda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Qarabağ" növbəti turda "Səbail"i qəbul edəcək. "Keşlə" isə doğma meydanda "Zirə" ilə qarşılaşacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol